RU

Azərbaycan və Sloveniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı. Trend:

10 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının Xarici İşlərNazirliyinin dövlət katibi Marko Ştutsin ilə görüşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.

Görüşdə Azərbaycan və Sloveniya arasında ikitərəfli vəçoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalqtəhlükəsizlik vəziyyəti müzakirə olunub.

Nazir Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasıçərçivəsində həmkarı Tanya Fayon ilə keçirilmiş görüşüxatırlayaraq, bu kimi təmasların ikitərəfli və çoxtərəfliəməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsinə töhfə verməsibaxımından əhəmiyyətini və bu istiqamətdə dialoqun inkişafınınvacibliyini qeyd edib.

Ötən il, həmçinin ölkəmizin Sloveniyada keçirilən Bled StratejiForumunda xarici işlər nazirinin müavini səviyyəsində təmsiledildiyi, Forumun dövlət rəsmiləri, beyin mərkəzləri nümayəndələrivə media təmsilçiləri arasında fikir mübadiləsi üçün vacibplatforma olduğu qeyd edilib.

Görüşdə iki ölkə arasında enerji təhlükəsizliyi, ticarət,biznes, nəqliyyat-kommunikasiyalar sahələri üzrə əməkdaşlığınmövcud perspektivlərindən istifadənin zəruriliyi, xüsusiləAzərbaycanın Orta Dəhlizdə tutduğu strateji mövqenin bu imkanlardanyararlanmağa təkan verdiyi diqqətə çatdırılıb.

Ölkələrimiz arasında təhsil və humanitar istiqamətlər üzrəəməkdaşlıqdan bəhs olunub, o cümlədən İkinci Dünya müharibəsizamanı Sloveniyanın azad edilməsinə mühüm töhfələr verənsoydaşlarımız, xüsusilə əfsanəvi Mehdi Hüseynzadə (Mixaylo) kimiqəhrəmanların olmasının müasir dövrdə xalqlarımız arasında əlaqə vəyaxınlığın əsasında dayandığı qeyd edilib.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcudvəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılangenişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə səyləribarədə ətraflı məlumatlandırılıb, xüsusilə humanitarminatəmizləmənin əməkdaşlıq üçün yeni istiqamətlərdən biri olduğudiqqətə çatdırılıb.

Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyinin hazırkıvəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, əldə olunan bir sırairəliləyiş və razılaşdırılan müddəalara baxmayaraq, ErmənistanKonstitusiyasında ölkəmiz əleyhinə davam edən ərazi iddiaları,habelə bu ölkənin revanşizm ruhunda sürətli silahlanmasınınregional sülh quruculuğuna təhdid törətdiyi qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Избранный
7
39
az.trend.az

10Источники