RU

Malayziya ilə əlaqələrimizi strateji səviyyəyə qaldırdıq - Ərdoğan

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyada keçirilən “Yeni Əsrdə Türkiyə-Malayziya Strateji Əməkdaşlıq” toplantısında çıxış edib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Malayziyanın Putracaya Beynəlxalq Konqres Mərkəzində keçirilən tədbirdə Prezident Ərdoğana Perak Sultanı Nəzrin Şah tərəfindən beynəlxalq əlaqələr sahəsində fəxri doktorluq dərəcəsi təqdim olunub.

Ərdoğan çıxışında Malayziyaya səfərindən məmnun olduğunu vurğulayaraq,

“5 ildən sonra dost və qardaş Malayziyada olmaqdan xoşbəxtəm. Biz burada özümüzü evdə, qardaşlar arasında hiss edirik. Malayziya və Türkiyə Asiyanın iki fərqli ucunda yerləşsə də, dostluq və tərəfdaşlıq əlaqələrimiz möhkəmdir. Biz bu münasibətləri 2014-cü ildən başlayaraq 2022-ci ildə strateji səviyyəyə qaldırdıq. Ölkələrimiz arasındakı əməkdaşlığın əsasını təhsil və insan resursları təşkil edir”. - deyə bildirib.

Türkiyə lideri Malayziyanın təhsil sistemini yüksək qiymətləndirərək, ölkənin akademik potensialına diqqət çəkib.

“Malayziyanın ali təhsil üçün mühüm mərkəzə çevrilməsində Malaya Universitetinin xüsusi rolu var. 40 min tələbəsi ilə bu universitet ölkənin akademik həyatında fərqli mövqe tutur. Universitetlər yalnız bilik və tədqiqat mərkəzləri deyil, eyni zamanda cəmiyyətin inkişafına töhfə verən mühüm qurumlardır. İnanıram ki, Malayziya yüksək səviyyəli insan kapitalı ilə gələcəkdə daha da böyük uğurlar qazanacaq”. - deyə prezident diqqət çəkib.

Ərdoğan çıxışının sonunda ona təqdim edilən fəxri doktorluq adına görə Malayziya universitetlərinin rəhbərliyinə təşəkkür edib.

Избранный
7
turkic.world

1Источники