RU

Elçin İbadov “Bloomberg HT Texnologiya” sammitində iştirak edib

“SOCAR Türkiyə” şirkətinin Baş icraçı direktoru və YASED-in (Beynəlxalq İnvestorlar Assosiasiyası) vitse-prezidenti Elçin İbadov “Bloomberg HT (Haber Türk) Texnologiya” sammitində “Türkiyənin texnologiya ekosistemində yeni investisiya strategiyaları” panelində məruzəçi kimi iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə "SOCAR Türkiyə" rəsmi "X" səhifəsində paylaşım edib. 

Türkiyənin texnologiya sərmayələrində regional lider olmaq məqsədi və dünyada texnoloji transformasiya prosesindəki rolu kimi mühüm məsələlərin müzakirə edildiyi paneldə E.İbadov beynəlxalq şirkətlərin Türkiyədə mövcud ekosistemlə qarşılıqlı əlaqələrinin gücləndirilməsinin YASED-in əsas prioritetləri sırasında olduğunu bildirib.

 

Избранный
8
ikisahil.az

1Источники