RU

Qazaxıstanda dolların məzənnəsi ucuzlaşır

Son günlər Qazaxıstanda dolların məzənnəsi enməkdə davam edir.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlər qlobal maliyyə bazarlarının stabilləşməsi və milli valyutanın möhkəmlənməsi fonunda dollar öz mövqeyini itirməyə başladığını qeyd edirlər.
Qazaxıstan Fond Birjasının KASE-nin məlumatına görə, dolların orta çəkili məzənnəsi 510,49 təngəyə (1.69 azn) düşüb ki, bu da əvvəlki göstəricidən 0,52 təngə (0,0017 azn) aşağıdır.

Qeyd edək ki, Qazaxıstan Milli Bankının rəsmi məzənnəsi 1 dollar üçün 511,18 (1.69 azn) tenge olub.

Избранный
7
ucnoqta.az

1Источники