RU

Diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsi müəyyənləşdi - Xaricdə təhsil alanların NƏZƏRİNƏ

Bakı. Trend:

Son günlər xaricdə alınmış diplomların tanınması üzrə məhkəmətəcrübəsi haqqında çoxsaylı sorğular daxil olur. Mövzununaktuallığını nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsiinzibati kollegiyasının bakalavr diplomunun tanınması vəekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı vahidməhkəmə təcrübəsini müəyyən edən qərarını təqdim edirik.

Trend xəbərverir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, Ali Məhkəmənin rəsmi saytında dərc olunanməlumata əsasən, şəxsə (Bundan sonra - iddiaçı) qiyabi təhsil üzrəMoskva Politexnik Universiteti tərəfindən bakalavr diplomu verilibvə həmin diplom Rusiya Federasiyasının səlahiyyətli qurumutərəfindən apostil olunub. İddiaçı Azərbaycanda diplomun tanınmasıbarədə tələblə cavabdeh orqana müraciət edib, lakin cavabdehtərəfindən tədris normativi üzrə təhsil almaq üçün tələb olunanmüddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzindəolması, həmin müddətin isə tədris proqramının mənimsənimlməsi üçünkifayət hesab olunmaması əsası ilə ali təhsil ixtisasının ölkəərazisində tanınmasından imtina edilib.

Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyəmüraciət edərək, diplomun tanınması və ekvivalentlik haqqındaşəhadətnamənin
verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarçıxarılmasını xahiş
edib.

Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyib,həmçinin apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Bundan sonraiddiaçı Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə qərarında aşağıdakıları qeyd edib:

1. Qiyabi formada xaricdə alınmış bakalavriat təhsilininAzərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlətstandartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilənstandartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasınadair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktikiolunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündətutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsiqaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

2. Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi ilə bağlımübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmıştəhsilin forması ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki,təhsilin forması olaraq qiyabi və distant fərqli təhsilformalarıdırlar. Ona görə də, iddiaçının halına münasibətdə qiyabitəhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindənhüquqi dəyərləndirmələr aparılmalıdır.

3. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarınaqoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərəalınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formadahəyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünüyerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlbolunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olanhalda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrəixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsiməhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasınamünasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasındanasılıdır.

4. Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarındanistifadə oluna bilər və təhsilin alındığı ölkədə bu, yolverilənhesab edilə bilər. Lakin burada həlledici olan qeyd edilən qaydadaxaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycandabakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsasstandartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir. Başqa sözlə,Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzindətələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqlaauditoriya dərslərində iştirakını qiyabi formada bakalavriattəhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri vəmüvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasınaqoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedəntələbə riayət olunmamışdır. Bundan başqa, qeyd edilən tələbəiddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayətedilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansısübutlar da təqdim olunmayıb.

Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş kassasiyaşikayəti təmin edilməyib, apelyasiya instansiya məhkəməsinin qərarıdəyişdirilmədən saxlanılıb.

Məqalədə:
Избранный
27
45
az.trend.az

10Источники