Türkiyənin "Qalatasaray" klubu heyətini yeni oyunçu ilə gücləndirməyə yaxındır.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Lans"da çıxış edən Pşemıslav Frankovskiyin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə yerli məlbuat məlumat yayıb.
"Qalatasaray" polşalı yarımmüdafiəçini 7 milyon avroluq məcburi satınalma bəndi ilə icarəyə götürəcək. 29 yaşlı futbolçu Türkiyəyə gedib rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, "Lans" Pşemıslav Frankovskiy 2021-ci ilin yayında "Çikaqo Fayr"dan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Fransa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi