RU

Dünya çempionatı: Azərbaycan basketbol millisi seçmə mərhələdə son 2 oyunun hazırlıqlarına başlayıb

Bakı, 10 fevral, AZƏRTAC

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının ilkin təsnifat mərhələsində son 2 oyunun hazırlıqlarına başlayıb.

Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığmanın baş məşqçisi Tahir Baxşıyev Bakıda baş tutacaq təlim-məşq toplanışına 18 oyunçu dəvət edib.

Milliyə Amil Həmzəyev, Kamran Məmmədov (hər ikisi “Neftçi”), Endər Poladxanlı, Şirzad Şirzadov (hər ikisi “Sabah”), Elşad Şirzadov, Cəbrayıl Əkbərov (hər ikisi “Gəncə”), Əkbər Məmmədov (NTD), Ulaş Turqut (“Sərhədçi”), Saadettin Donat (“Sumqayıt”), Ercan Donat (“Şəki”), Səid İsmayılov (“Ordu”), Məhəmməd Hüseynli, İsmayıl Abdullayev (hər ikisi “Abşeron”), Nəzər Quliyev (“Naxçıvan”), Orxan Aydın (“İlab Basketbol”), Derin Berköz (“Türk Telekom”), Hüseyn Qaflanov (DME Academy) və Donta Hol (“Baskoniya”) cəlb olunublar.

Qeyd edək ki, T.Baxşıyev bu basketbolçular arasından Kosovo və İrlandiya ilə oyunlar üçün 12 nəfərlik yekun heyəti müəyyənləşdirəcək.

Избранный
6
7
azertag.az

9Источники