ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması üzrə İdarəsi (DOGE) yoxlama zamanı Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (FEMA) vəsaitlərinin xərclənməsində pozuntular aşkar edib.
“Cebheinfo.az” “Report”-a istinadən xəbər verir ki, bu barədə idarənin rəhbəri, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"DOGE komandası aşkar edib ki, FEMA ötən həftə qanunsuz miqrantların yerləşdirilməsi üçün Nyu-Yorkun dəbdəbəli hotellərinə 59 milyon dollar yönəldib. Bununla agentlik prezidentin fərmanına tabe olmayaraq qanunu pozub", - o qeyd edib.
Onun sözlərinə görə, bu vəsaitlər təbii fəlakətlər zamanı amerikalılara yardım üçün nəzərdə tutulub.
“Cebheinfo.az”