Şəmkir rayonunun hazrda həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verib.
Mia.az-ın məlumatına əsasən, bu barədə Teleqraf-ın yerli bürosuna onun vəkili Zakir Əliyev bildirib.
Vəkilin sözlərinə görə, A.Məmmədov cəzasının azaldılmasını və üzərinə həbs qoyularaq müsadirəsinə qərar verilən əmlakının geri qaytarılmasını istəyir:
“Kassasiya müraciətində də bu və digər bir sıra məsələlər əksini tapıb. Şikayətimizdə ümumi ittihamdan narazılıq bildirilib. Çünki ittiham düzgün verilməyib. Bundan əlavə “Abad Şəmkir” MMC-nin üzərindən müsadirə qərarının götürülməsini istəmişik. Ali Məhkəmənin kassasiya şikayətimizə nə zaman baxacağı məlum deyil”.
Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Gəncə Apellyasiya Məhkəməsi isə sabiq icra başçısının cəzasını 1 il azaldaraq 10 il 6 aya endirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта