RU

Çinin tarifləri 14 milyard dollarlıq ABŞ malına təsir edəcək

Çinin ABŞ-ə qarşı tətbiq etdiyi tariflər təxminən 13,86 milyard dollar dəyərində mallara təsir edir.

Bu barədə "CNN" Çinin gömrük xidmətinin 2024-cü il üçün statistikasına istinadən məlumat yayıb.

Beləliklə, Pekinin yeni tədbirləri ABŞ-dən ümumi idxalın 9%-dən azına təsir edəcək.

Baş Gömrük İdarəsinin məlumatına görə, Çin və ABŞ arasında ümumi ticarət 2024-cü ildə 3,7% artaraq 688,28 milyard dollara çatıb.

Избранный
21
aznews.az

1Источники