RU

Erməni deputat: “Azərbaycan bu gün Ermənistandan dəhliz yaratmağı tələb edir, sabah isə...”

Azərbaycan Ermənistandan dəhliz verməsini tələb edir. Bunun sirri dəhlizin müəyyənləşdirilməsindədir.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu fevralın 10-da parlamentdə jurnalistlərlə söhbətində “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan Ermənistanın baş naziri Nikol Paşinyanın dərc olunmuş məqaləsinə münasibət bildirərkən deyib.

“Əgər Azərbaycan deyirsə ki, mənim malım sərbəst girib-çıxmalıdır, bu o deməkdir ki, dəhliz tələb edir. İndi Paşinyan məhdud nəzarətdən danışır. Məhdudiyyət nə deməkdir, sadəcə baxmaq, salam vermək və keçmək? Əgər bu rejim deyək ki, M1 magistralında mövcud olan rejimdən fərqlənirsə, bu o deməkdir ki, bu ərazi artıq sizin tam suverenliyiniz altında deyil. Azərbaycan bunu da qəbul etmir, çünki tam nəzarət etmək istəyir, yəni mən girə bilərəm, çıxa bilərəm və məni yoxlamağa cəsarət etmə. Sonra Azərbaycan Ermənistanın tam demilitarizasiyasını tələb edə bilər. Məsələn, İrəvanın üç tankı, tutaq ki, daha 10 BMP-si və 100-ə yaxın əsgəri olmalıdır ki, Paşinyanın fəxri qarovulunda dayansınlar”, - Xaçatryan bildirib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
9
herbiand.az

1Источники