RU

Moskva Trampın komandası ilə danışıqlara hazırdır - Rusiya XİN

“ABŞ Prezidenti Donald Trampın komandası Rusiya ilə dialoqun bərpasında maraqlı olduğunu bildirib və Moskva da buna hazırdır”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

“Trampın komandası, özünün və xalqının bəyan etdiyi ziddiyyətli mövqelərə baxmayaraq, Rusiya ilə dialoqun bərpasında maraqlıdır”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi dialoqa həmişə açıqdır.

Daşqın HəsənovMissiya.Az

Избранный
18
missiya.az

1Источники