RU

AK: ABŞ-ın Aİ mallarına rüsum tətbiq etməsi qeyri-qanuni olacaq

"ABŞ-ın Avropa İttifaqından gələn mallara rüsum tətbiq etməsi qeyri-qanuni olacaq".

HİT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında deyilir.

"Tariflərin tətbiqi qeyri-qanuni və iqtisadi baxımdan əks-məhsuldar olacaq, xüsusən də Aİ və ABŞ-ın transatlantik ticarət və investisiyalar vasitəsilə yaratdığı dərin inteqrasiya olunmuş istehsal zəncirlərini nəzərə alsaq", deyə AK-nin bəyanatında qeyd edilir.

Departament Avropa İttifaqının öz maraqlarını qoruyacağını vurğulayıb.

Fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp Avropa İttifaqını ölkəyə qarşı ədalətsiz ticarət siyasətində ittiham edərək, çox yaxın gələcəkdə Avropa mallarına rüsumların tətbiq ediləcəyini açıqlayıb. ABŞ prezidenti hesab edir ki, onun ölkəsi dünyanın demək olar hər bir ölkəsi tərəfindən qarət edilib.

"Financial Times" (FT) qəzeti Trampın birlik ölkələri üçün tariflər tətbiq edəcəyi təqdirdə Avropa İttifaqının Amerikanın böyük texnologiya şirkətlərinə qarşı cavab tədbirləri görə biləcəyini yazıb.

Samir

Избранный
3
7
hit.az

8Источники