RU

Bir çox insan üzünü səhv formada yuyur - məsamələri yaradan o imiş

Bir çox insan üzünü

Bir çox insan üzlərini səhv yuyur və bu, dəri sağlamlığına mənfi təsir göstərə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ümumi bir inanca görə, isti su dəri məsamələrini açır, soyuq su isə onları bağlayır; lakin bu, elmi cəhətdən doğru deyil.

Dəri məsamələri temperatur dəyişikliklərinə həssas deyil və suyun istiliyindən birbaşa təsirlənmir. Əslində, dəri dəyişiklikləri qan damarlarının daralması və ya genişlənməsi ilə əlaqədardır. İsti su məsamələrdəki artıq sebumu və kiri həll edərək onları daha incə göstərə bilər, lakin uzun müddət isti su ilə yuyulma dərinin qoruyucu baryerini zəiflədərək quru ləkələrə və qıcıqlanmaya səbəb ola bilər.

Çox soyuq su isə dərinin qan damarlarını qısa müddətə daraldır, təmizləmə prosesini daha az təsirli edir və sonradan dəriyə qulluq vasitələrinin udulmasını azaldır.

Dərinizi təmizləyərkən ilıq su istifadə etməli və sonra dərini yaxşıca nəmləndirməlisiniz. Məsamələrinizin daimi olaraq daha kiçik görünməsini istəyirsinizsə, müntəzəm təmizləmə ən vacib addımdır. Xüsusilə yağlar sebumu həll etməkdə təsirli ola bilər.

Tərkibində qlikolik turşu, salisilik turşu və ya A vitamini olan məhsullar artıq yağ istehsalını maneə törədir. Ancaq bu məhsullardan yalnız axşam istifadə etməlisiniz. Səhər günəşdən qoruyucu krem sürmək günəşin yaratdığı quruluğun və dərinin vaxtından əvvəl qocalmasının qarşısını alacaq.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
14
e-saglam.az

1Источники