RU

"Ansu Fati ilə tam açıq danışdım" - Flik gizlətmədi

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik ardıcıl ikinci matçda komandanın iştirak ərizəsindən kənarda qalan Ansu Fati ilə açıq söhbət etdiyini bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Ansu Fati ilə tam açıq danışdım. Məşqçi oyunçu ilə söhbət etməyə ehtiyac duyursa, deməli, dəyişməsini istədiyi məqamlar var. Amma Fati düz yoldadır. Onun yüksək performansla diqqət çəkdiyi anlar da az olmayıb. Biz həmin səviyyənin geri qaytarılmasına nail olmağa çalışırıq".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 8 matça çıxan Fati məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. 

Nihat

Избранный
11
fanat.az

1Источники