RU

4 İsrail vətəndaşı Taylanddan deportasiya edilib

 

Taylandda bir xəstəxanada zorakılıq hadisələrinə qarışan 4 İsrail vətəndaşı ölkədən çıxarılıb. 

Ölkənin şimalındakı Pai bölgəsində motosiklet qəzasında yaralanan bir İsrail vətəndaşının aparıldığı xəstəxananın təcili yardım şöbəsinə zorla daxil olan 4 israilli burada qalmaqal yaradıb. Yaralı dostlarını ziyarət etməyə gələn İsrail vətəndaşlarının təcili yardım şöbəsindən ayrılmaqdan imtina etməsi xəstəxana personalını polisə müraciət etməyə vadar edib. 

Hadisə zamanı israillilər dövlət əmlakına ziyan vurmaqda və xəstəxana personalını hədələməkdə günahlandırılıb. Baş verən insidentin ardından 4 vətəndaş adambaşına 3000 baht (88,61 dollar) məbləğində cərimələnib. 

Tayland Miqrasiya İdarəsi turist vizaları ləğv edilən 4 İsrail vətəndaşının ölkədən çıxarıldığını bəyan edib.



Избранный
13
1
trt.net.tr

2Источники