Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında Fərman imzalayıb. Manset.az xəbər verir ki, fərmanla İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000 manat təsdiq edilib. Bu xərclərin maliyyə mənbələri aşağıdakılardır: - 1. icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 571 690 000 manat; - 2. icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 370 000 000 manat.