2024-cü ildə Azərbaycan üzrə süd istehsalı 2023-cü ilə nisbətən 14,5 min (0,6%) artıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Naxçıvan şəhəri istehsalın artımına görə birinci olub. Son bir il ərzində istehsalda 33,2% (323 ton) artım baş verib.
Lerik rayonu 11,5% artımla (3,2 min ton) artımla 2-ci olub.
Qusar, Qazax və Zəngilan rayonlarında istehsal səviyyəsi dəyişməyib.
Ən kəskin azalma isə 23,4% (12,7 min ton) olmaqla Abşeron rayonunda olub.