RU

“Qarabağ”ın oyununa biletlər satışa çıxarılır

Azərbaycan Premyer Liqasının XXII turunda keçiriləcək “Qarabağ” – “Səbail” oyununun biletləri bu gündən satışda olacaq.

Msport.az xəbər verir ki, Ağdam klubu biletlərin saat 18:00-dan satışa çıxarılacağını açıqlayıb.

Qiymətlər sektorlara görə dəyişir. Belə ki, biletlərin qiyməti 3, 7 və 15 manatdır. Azarkeşlər biletləri bu gündən etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında əldə edə bilərlər. Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Избранный
16
4
msport.az

10Источники