RU

Dmanisidə Azərbaycan dilini tədris edən həftəsonu məktəbinin açılışı olub

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanın Dmanisi rayonunun Qarabulaq kəndində həftəsonu məktəbinin açılışı olub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, məktəbdə müxtəlif yaş qruplarından olan azərbaycanlı uşaqlar üçün Azərbaycan və gürcü dillərini dərindən öyrənmək məqsədilə lazımi şərait yaradılıb.

Mərkəzin rəhbəri Kamran Xıdırov qeyd edib ki, məktəbdə tədris prosesinə ixtisaslı müəllimlər cəlb edilib. O, uşaqların Azərbaycan dilini mükəmməl öyrənməyə böyük maraq göstərdiklərini bildirib.

"Burada yaşayan azərbaycanlı ailələrin uşaqları üçün təşkil edilən bu məktəbin əsas məqsədi yeni nəsli doğma dilimizlə tanış etmək, onlara tariximiz və mədəniyyətimizi çatdırmaqdır. Hazırda Hamamlı və Qarabulaq kəndlərində Azərbaycan dili kursları təşkil olunub. Biz, həmçinin gürcü dilinin tədrisini də vacib hesab edirik”, - K.Xıdırov qeyd edib.

Azərbaycan dili müəllimi İntiqam İsmayılov bildirib ki, ana dilində danışmaq Azərbaycançılıq ideyasının yaşadılması üçün çox önəmlidir: “Kursda istifadə edilən “Əlifba” və “Ana sözü” dərslikləri əsasında uşaqlara Azərbaycan dilinin qrammatikası, morfologiyası, ədəbiyyatından hekayələr və şerlər öyrədilir”.

"Bazar günü məktəbi"nin gürcü dili müəllimi Maya Xmaladze isə son illərdə Gürcüstanın ali məktəblərinə daxil olan azərbaycanlı tələbələrin sayının artmasında bu kursların rolunu vurğulayıb: “İki xalq arasındakı dostluq və azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına bu kurslar müstəsna rol oynayacaq”.

Избранный
9
1
report.az

2Источники