Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Azərbaycan Universitetində tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində universitetdə keçiriləcək tədbirlər müzakirə olunub.
Rektor çıxışında bildirib ki, il ərzində Azərbaycan Universiteti də həyata keçirəcəyi tədbirlərlə “Konstitusiya və Suverenlik İli”nə öz töhfələrini verəcək: “Universitetimizdə həyata keçiriləcək müxtəlifyönümlü tədbirlərin həm xalqımızın birliyinin möhkəmlənməsində, həm də şahidi və iştirakçısı olduğumuz böyük tarixi bir proses haqqında tədqiqatların aparılması və təbliğində böyük rol oynayacağına inanıram”.
Ardınca elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov və rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyevanın tədbirlər planına dair məruzələri dinlənilib.
Daha sonra rektor struktur bölmə rəhbərlərinin mövzu ilə bağlı təkliflərini dinləyib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.