RU

Azərbaycanda metal filizlərin hasilatı kəskin azalıb

Bakı. Trend:

Ötən il Azərbaycanda 378 ton mis filizləri istehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə 1,758 min ton və ya 5,6 dəfə azdır. Belə ki, 2023-cüildə Azərbaycanda 2,136 min ton miqdarında mis filizləri istehsaledilib.

Bununla yanaşı, ötən il Azərbaycanda 5,5 ton mis konsentratıtərkibində qızıl, 570 ton mis konsentratı tərkibində gümüş, 3,184min ton gümüş filizləri və konsentratları, 2,663 min ton qızılfilizləri və konsentratları istehsal edilib.

Bunlar da illik müqayisədə müvafiq olaraq 39,3 ton (8 dəfə), 789ton (58%), 521 ton (14%) və 97 ton (3,5%) azdır.

Belə ki, 2023-cü ildə Azərbaycanda 44 ton mis konsentratıtərkibində qızıl, 1,359 min ton mis konsentratı tərkibində gümüş,3,705 ton gümüş filizləri və konsentratları, 2,760 ton qızılfilizləri və konsentratları istehsal edilib.

Избранный
11
1
az.trend.az

2Источники