RU

19 yaşlı qız 50 yaşlı kişi ilə evləndi

Türkiyədə sosial şəbəkələrdə 19 yaşlı Fadime ilə 50 yaşlı Ethemin evliliyi səs-küyə səbəb olub. 

News24.az xəbər verir ki, aralarında 31 yaş fərqinin olması gənc qızın zorla ərə verilə biləcəyini düşündürmüşdü. Ancaq Fadime sosial şəbəkədəki paylaşımında ittihamları təkzib edərək xoşbəxt olduğunu iddia edib.

Zorla ərə verildiyi iddialarını qəti şəkildə təkzib edən gənc qız “Zorla ərə getsəydim, dövlətimin polisi boş yerə dayanmır, deyərdim ki, məni zorla evləndirirlər, evlənmək istəmirəm” deyib.

Günel Məlikzadə


Избранный
9
news24.az

1Источники