RU

Kreml: "Trampın Qəzza ilə bağlı planının detalları gözlənilir" – ÖZƏL

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Qəzza Zolağını "ələ keçirmək" və orada yaşayan fələstinliləri zorla köçürmək planına dair detalları gözlədiklərini bildirib.

Olaylar.az xəbər verir ki, Moskvanın gündəmi ilə bağlı jurnalistlərin suallarını cavablandıran Peskov, Trampın bu planını dəyərləndirərək, "Əgər burada ardıcıl bir fəaliyyət planı varsa, detalları gözləmək lazımdır," deyə qeyd edib.

Qəzzada təxminən 1,2 milyon fələstinlinin yaşadığını vurğulayan Peskov, "Bu, ən böyük sualdır. Bu insanlara BMT Təhlükəsizlik Şurasının qərarları ilə dövlət həlli vəd edilib. Burada çoxlu suallar var. Hələlik detalları bilmirik. Bu məsələdə bir qədər səbirli olmalıyıq," deyə bildirib.

Trampın Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna müharibəsi barədə telefon danışığı apardığı iddiaları ilə bağlı sualı cavablandıran Peskov, bu mövzunu dünən şərh etdiyini bildirərək, "Belə bir danışığı nə təsdiq, nə də təkzib edə bilərəm," deyə cavab verib.

Bundan əlavə, Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putin ilə Çin lideri Si Cinpinin qarşılıqlı səfərlər edəcəklərini açıqlayıb.

Trampın Qəzza ilə bağlı planı

4 fevralda Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında Tramp, ABŞ-ın Qəzzə Zolağını "ələ keçirəcəyini" və ora "sahib olacağını" bəyan edib.

Qəzzanın tamamilə bir dağıntı bölgəsinə çevrildiyini iddia edən Tramp, fələstinlilərin Misir və İordaniya başda olmaqla qonşu ölkələrdə inşa ediləcək yeni yaşayış yerlərinə köçmələrinin daha yaxşı olacağını irəli sürüb.

O həmçinin fələstinlilərin Qəzzanı tərk etməkdən başqa seçimlərinin olmadığını iddia edərək, Qəzzanı "Orta Şərqin Rivierası"na çevirmək istədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники