RU

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib

2025-ci il yanvar ayının 1-i tarixinə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin (elektromobillərin) sayı məlum olub.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, 2024-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd olub.

Məlumat üçün deyək ki, 2023-cü ildə ölkədə elektrik mühərrikli minik avtomobillərinin sayı 3115-ə çatıb.

Xatırladaq ki, ötən il Azərbaycana ümumilikdə 91.8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub.

Избранный
3
azpolitika.info

1Источники