RU

Lenin mavzoleyi bağlanacaq

Lenin mavzoleyi fevralın 18-dən aprelin 14-dək ziyarətçilər üçün bağlanacaq.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin məlumatında deyilir.

Məlumata görə, fevralın 18-dən aprelin 14-dək Moskvanın Qırmızı Meydandakı Leninin mavzoleyi və Kreml divarı yaxınlığındakı nekropola profilaktik baxım işlərinə görə ziyarətçilər buraxılmayacaq.

Qeyd edək ki, məqbərədə planlı təmir adətən iki ildə bir dəfə aparılır və təxminən bir ay yarım davam edir. Sonuncu dəfə belə profilaktik işlər 2023-cü ildə olub.

Fidan
Milli.Az

Избранный
12
milli.az

1Источники