ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq yaxın vaxtlarda ABŞ prezidenti Donald Trampa Ukrayna böhranının həlli planlarını təqdim etməyə hazırlaşır. Bu barədə bir sıra Qərb rəsmiləri "Semafor" portalına məlumat veriblər.Bildirilir ki, Kelloq münaqişənin həlli yollarını müzakirə etmək üçün bütün NATO ölkələrinin nümayəndələri ilə də görüşmək niyyətindədir və öz hərəkətlərini onlarla əlaqələndirməyi planlaşdırır.Tramp bildirib ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün konkret planı var. ABŞ lideri milli təhlükəsizlik müşaviri Mike Ualtza böhranı həll etmək üçün görüşlər təşkil etməyi tapşırdığını qeyd edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта