RU

Dekabrda qovulan baş məşqçi komandaya qayıtdı

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Montsa" Salvatore Bokketti ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanı Alessandro Nesta çalışdıracaq. İtaliyalı mütəxəssis ötən ilin 23 dekabr tarixində "Montsa"nın baş məşqçisi vəzifəsindən istefaya göndərilmişdi. Nesta 7 həftə sonra yenidən kluba qayıdıb.

Qeyd edək ki, "Montsa" İtaliya A Seriyasında 24 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Избранный
21
sportal.az

1Источники