RU

Azərbaycanda metal filizlərin hasilatı kəskin azalıb

Bakı. TurkicWorld:

Ötən il Azərbaycanda 378 ton mis filizləri istehsal edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,758 min ton və ya 5,6 dəfə azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda 2,136 min ton miqdarında mis filizləri istehsal edilib.

Bununla yanaşı, ötən il Azərbaycanda 5,5 ton mis konsentratı tərkibində qızıl, 570 ton mis konsentratı tərkibində gümüş, 3,184 min ton gümüş filizləri və konsentratları, 2,663 min ton qızıl filizləri və konsentratları istehsal edilib.

Bunlar da illik müqayisədə müvafiq olaraq 39,3 ton (8 dəfə), 789 ton (58%), 521 ton (14%) və 97 ton (3,5%) azdır.

Belə ki, 2023-cü ildə Azərbaycanda 44 ton mis konsentratı tərkibində qızıl, 1,359 min ton mis konsentratı tərkibində gümüş, 3,705 ton gümüş filizləri və konsentratları, 2,760 ton qızıl filizləri və konsentratları istehsal edilib.

Избранный
4
1
turkic.world

2Источники