RU

Magistraturanın uğurluları: Qızlar, yoxsa oğlanlar? - STATİSTİKA

Hər il magistraturaya onminlərlə bakalavr qəbul olur. Bəziləri təhsilini tam ali etmək, bəziləri həqiqi hərbi xidmət vaxtını yubandırmaq, bəziləri isə elmi fəaliyyətlə məşğul olmaq üçün bu pilləyə üz tutur.

 

Bəs görəsən, magistrantların əksəriyyəti qızlardır, yoxsa oğlanlar?

 

AzEdu.az Təhsil Portalı olaraq bu mövzu barədə araşdırma etdik.

 

Araşdırmaya əsasən, 2023-cü ildə magistratura səviyyəsinə qəbul üçün 24488 bakalavr ərizə verib:

 

Onların 49.94%-ni oğlanlar, 50.06%-ni isə qızlar təşkil edib. Ərizə verənlərdən 12229 nəfər oğlan, 12259 nəfəri isə qızdır. Həmin il ərizə verənlərdən 24118 nəfəri imtahan daxil olub.  Magistraturaya qəbul olan tələbə sayı isə cəmi 12992 nəfər təşkil edib.

 

Magistrant adı qazananların 6741 nəfər oğlanlar, 6251 nəfər qızlardır.

 

Maraqlısı budur ki, ərizə verən, eləcə də ixtisaslaşma seçimində iştirak edən oğlanların sayı qızlardan az olsa da, magistrant adı qazananların yüksək faizi oğlanlar olub.

 

Bu da o anlama gəlir ki, 2023-cü ildə magistraturaya qəbul olanların böyük hissəsi oğlanlar olub.

 

2022-ci ilin statistikasına əsasən magistratura səviyyəsinə qəbul üçün 21105 bakalavr ərizə verib:

 

Onların 48.24%-ni oğlanlar, 51.76%-ni isə qızlar təşkil edib. Ərizə verənlərdən 10181 nəfər oğlan, 10924 nəfər isə qızlardır. Həmin il ərizəçilərin 20823 nəfəri imtahanda iştirak edib.

 

Magistrant adı qazananların 5432 nəfəri oğlanlar, 5596 nəfəri isə qızlar olub.

 

Dövlət sifarişi üzrə ayrılan yerlərə 4029 bakalavr qəbul olub. Onların 51.25%-ni oğlanlar, 48.75%-ni qızlar təşkil edib.

 

2022-ci ildə həm ərizəçilər, həm ixtisaslaşmada iştirak edənlər, həm də magistrantlar arasında böyük üstünlüyü qızlar tutub.

 

2021-ci ildə magistratura səviyyəsinə qəbul üçün 22283 bakalavr ərizə verib:

 

Onların 45.86%-ni oğlanlar, 54.14%-ni isə qızlar təşkil edib.  Ərizəçilərin 10220 nəfəri oğlan, 12063 nəfəri qızdır.

 

22283 nəfərdən 22007-si imtahanda iştirak edib. İştirakçılardan 4817 oğlan, 5243 qız magistrant adı qazanıb.

 

Dövlət sifarişi üzrə ayrılan yerlərə ümumilikdə 3760 bakalavr qəbul olub. Onların 48.40%-ni oğlanlar, 51.60%-ni qızlar təşkil edib.

 

2021-ci ildə dövlət sifarişi üzrə ayrılan yerlərə ümumilikdə 3760 bakalavr qəbul olub. Onların 48.40%-ni oğlanlar, 51.60%-ni qızlar təşkil edib.

 

2020-ci ildə 24488 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə verib. Onların 49.94%-ni oğlanlar, 50.06%-ni isə qızlar təşkil edib.

 

Ərizəçilərin 12229 nəfəri oğlanlar, 12259 nəfəri isə qızlar olub. Onlardan ümumi 24118 nəfər imtahanda iştirak edib, 6741 oğlan, 6251 qız magistrant adı qazanıb.

 

Dövlət sifarişi üzrə ayrılan yerlərə ümumilikdə 6277 bakalavr qəbul olub. Onların 56.54%-ni oğlanlar, 43.46%-ni qızlar təşkil edib.

 

Həm ərizəçilər, həm də ixtisaslaşmada iştirak edənlərin çoxluğu qızlar olsa da, magistrant adı qazananların daha çoxu oğlanlardır.

Избранный
19
azedu.az

1Источники