RU

Həkim klinik alkoqolizmin əlamətlərini açıqlayıb - Əgər özünüzü saxlaya bilmirsinizsə...

Həkim klinik alkoqolizmin əlamətlərini açıqlayıb -

Çox vaxt insanlar alkoqolizmi vaxtında tanıya bilmir və kömək istəyirlər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bunu psixiatr və narkoloq Marina Kalyujnaya "Gazeta.ru" ilə söhbətində klinik alkoqolizmin əlamətlərindən danışarkən deyib.

Kalyujnaya dedi ki, klinik alkoqolizm insanın alkoqol istəyini idarə edə bilmədiyi bir vəziyyətdir. "İnsan bir içki içməyi planlaşdıra bilər, amma sonda dayandıra bilməz", - deyə həkim izah etdi.

Kalyujnayanın sözlərinə görə, alkoqoliklər spirtli içkilərə qarşı özlərini saxlaya bilmirlər, ona görə də hər dəfə daha çox içirlər. Bundan əlavə, alkoqol qəbulunu dayandırdıqda, onlar narahatlıq, titrəmə, əsəbilik və digər simptomlarla xarakterizə olunan çəkilmə simptomlarını yaşayırlar. Bu, bədənin spirtsiz artıq fəaliyyət göstərə bilməyəcəyinə işarədir", - deyə o vurğulayıb.

Psixiatr-narkoloq belə qənaətə gəlib: “Anlamaq lazımdır ki, alkoqolizm təkcə pis vərdiş deyil, həm də xəstəlikdir. Alkoqolun müntəzəm istifadəsi beyində kimyəvi prosesləri dəyişir və bu, asılılığın yaranmasına səbəb olur”.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
14
1
e-saglam.az

2Источники