“Güvenli-Servis Management” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 6 milyon 365 min 305 manat azaldılıb.
Maraxəbər verir ki, şirkətin nizamnamə kapitalının məbləği 200 manat müəyyən edilib.
“GÜVENLİ-SERVİS MANAGEMENT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1000640821) nizamnamə kapitalı 6 365 505 (altı milyon üç yüz altmış beş min beş yüz beş) manatdan 6 365 305 (altı milyon üç yüz altmış beş min üç yüz beş) manat azaldılsın və cəmiyyətin nizamnamə kapitalının məbləği 200 (iki yüz) manat müəyyən edilsin", - Şirkətin bildirişində deyilir.
Qeyd edək ki, “Güvenli-Servis Management” 2005-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Alışov Ramildir.