Türkiyəli məşhur aktyor İsmayıl Demircinin yeni layihəsi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, sənətçi “Star TV”-nin yeni serialı “Kral Kaybederse”-də rol alacaq.
O, ekran işində 3 bölüm qonaq olaraq çəkiləcək. İ.Demirci layihədə “Fikrət” obrazına həyat verəcək. Qeyd edək ki, 40 yaşlı aktyor karyerası ərzində “Kurtlar Vadisi Pusu”, “Reaksiyon”, “Muhteşem Yüzyıl: Kösem”, “Kuzey Yıldızı: İlk Aşk”, “İyilik”, “Yasak Elma”, “Ben Bu Cihana Sığmazam” kimi iddialı seriallarda çəkilib.