RU

“Bacım dedi ki, niyə Teymur əminin qulağından birini vurmadın? 

  Müğənni Mətanət Əsədova illər öncə mərhum sənətçi Teymur Mustafayevlə muğam oxuyarkən başına gələn hadisədən danışıb.

Referans.az xəbər verir ki, sənətçi bu barədə "Pərvizə görə" verilişində söz açıb:

"Verilişlərin birində rəhmətli Teymur Mustafayevi dəvət etmişdilər. Biz orada ciddi muğam oxuyuruq. Aparıcı qulağına deyir ki, "tüfəng"i oxu. Mən də elə düşünürəm ki, "Boz at səni sərtövlədə saxlaram"ı nəzərdə tutur. Ömür boyu bicliyim olmayıb. Bir də görürəm, kişi ordan deyir ki, tüfəngim paslanıb. Mənasını da bilmirəm, əlimi vurub gülürəm. Efirdən sonra deyirlər, ay Mətanət, sən bilirsən o nə deyir? Deyir ki, tüfəngim paslanıb ata bilmirəm. Başa saldılar ki, bu, o demək deyil, bu deməkdir. Bir də görürəm, məndən böyük bacım qızı, Hacıxanım yığıb, deyir ki, sənə niyə belə deyir? Başa salır ki, sənə buna görə belə deyir. Ay bala, ciddi muğam oxuyurduq, sən niyə belə etdin? Hamısı saflığımdan, mən də gülürəm. Bacım da deyir ki, niyə onun qulağının dibindən birini vurmadın? Dedim, kimin qulağının dibindən? Sənətkardır, babam yaşındadır, fundamentim hələ fikirləşilməmişdi, onda Teymur Mustafayev var idi. Onu nə qınayırsan? Yaşlı-başlı adamdır. Mənim nə xəbərim var? Həmin gün də elə gözəl görünürəm, yaxşı hazırlaşmışam, verilişinə gəlmişəm, sən denən ki, tüfəngim paslanıb ata bilmirəm. Belə oyun olur? Məni dəvət etmisən ki, tüfəngim paslanıb? Bu, harada görülüb? Mən də bilmirəm, gülürəm, sonradan mənə çatıb ki, bu nə danışır? Bir dəfə də Sərxan Kərəmoğlu verilişində öpür məni, çiynimdən öpür, boynumdan, başımdan öpür. Sonra da qayıdır ki, bu 18+dur. Onu da bilmirəm. Sonra yenə mənə zəng edirlər ki, ay Mətanət, sən niyə dillənmədin? Dedim, indi nə oldu? Dedi ki, indi də belə ediblər. Daha nə qədər olar? Məcburam ki, efirə çıxmayım".


Избранный
49
9
referans.az

10Источники