İngiltərədə Leyboristlər Partiyası iyul ayında hakimiyyətə gələndən bəri qeyri-qanuni mühacirləri hədəf alan əməliyyatlarda minlərlə insan saxlanılıb.
“Cebheinfo.az” xəbər verir ki, son 6 ayda 5 424 iş yeri yoxlanılıb və bu yoxlamalar zamanı 3 930 qeyri-leqal işçi yaxalanıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 % artıb.
İngiltərə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son 6 ayda dırnaq baxımı salonları, avtoyuma məntəqələri, restoranlar və elektron siqaret mağazalarını əhatə edən əməliyyatlarda 5 424 iş yeri yoxlanılıb.
Bu yoxlamalar zamanı 3 930 qeyri-leqal işçi yaxalanıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artıb. Yanvarda 828 iş yerində keçirilən reydlər zamanı 609 qeyri-leqal işçi saxlanılıb.
Nazirlik rəsmiləri bu rəqəmin 2019-cu ildən bəri qeydə alınan ən yüksək aylıq ələ keçirmə sayı olduğunu bildiriblər.
Daxili işlər naziri İvette Kuper bildirib ki, qanunsuz işçi işlədən işəgötürənlər və qeyri-qanuni yollarla ölkəyə daxil olan şəxslər barəsində lazımi hüquqi tədbirlər görüləcək:
“Bu vəziyyət təkcə La-Manş boğazını keçmək üçün təhlükəli yolları təşviq etmir, həm də həssas insanların istismarına səbəb olur".