RU

Tramp və Putin bu il müharibəni dayandırmaq barədə ortaq yol tapmağa çalışacaqlar -AKTUAL

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib. Bu barədə Tramp öz təyyarəsində “Nyu York Post”a verdiyi müsahibədə deyib. Tramp detalları və Putinlə neçə dəfə danışdığını açıqlamayıb. Bununla belə, o vurğulayıb ki, Vladimir Putin döyüş meydanında qətliama görə narahatdır. Qeyd olunub ki, o, insanların ölməsinin dayandırmasını istəyir. Bütün bu ölülər... Gənc, gözəl insanlar. Onlar sizin övladlarınız kimidirlər, artıq iki milyondur. 
Tramp bir daha təkrarlayıb ki, 2022-ci ildə prezident olsaydı, bu üç illik müharibə heç vaxt baş verməzdi. Həmçinin qeyd edib ki, Putinlə həmişə yaxşı münasibətim olub. Bayden ölkəmiz üçün biabırçılıq idi. Tramp iddia edib ki, onun müharibəni bitirmək üçün konkret planı var. Ümid edirəm ki, bu, tez baş verəcək. İnsanlar hər gün ölür. Ukraynadakı bu müharibə çox dəhşətlidir. Mən bu lənətə gəlmiş işə son qoymaq istəyirəm. Təyyarənin göyərtəsindəki ofisində ona qoşulan milli təhlükəsizlik müşaviri Mayk Uoltsa müraciət edən ABŞ prezidenti deyib ki, 
gəlin bu görüşləri keçirək. Onlar görüşmək istəyirlər. İnsanlar hər gün ölür. Gənc, yaraşıqlı əsgərlər ölür. Gənc oğlanlar, mənim oğlanlarım kimi… Hər iki tərəfdən. 

Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a bildirib ki, Donald Tramp prezident seçildikdən sonra ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün aparılan danışıqlarda irəliləyiş əldə ediləcəyinə inam artıb:

“Son proseslər isə onu deməyə əsas verir ki, müxtəlif əlaqə kanalları vasitəsilə dialoqlarını kəsməyən Donald Tramp və Vladimir Putin bu il Rusiya və Ukrayna müharibəsini dayandırmaq barədə ortaq yol tapmağa çalışacaqlar. Bu məqsədlə liderlər müxtəlif yollarla əlaqələr qurur, ya da rəsmi şəxsləri vasitəsilə ABŞ və Rusiya, ABŞ-Ukrayna, yekunda isə Rusiya və Ukrayna liderlərinin görüşlərini keçirməyə çalışaraq, müharibəni dayandırmaq istəyirlər. Savaş aparan ölkənin liderlərinin birbaşa dialoqu olmadan, bunu müttəfiqlərə etibar etməklə nəyəsə nail olmaq olduqca mürəkkəb görünür. Tərəflər, həmçinin müharibənin dayandırılması, enerji qiymətlərinin tənzimlənməsi, ABŞ-ın Rusiyaya sanksiyalarının dayandırılması ilə bağlı hər iki tərəfə uyğun gələn versiyaları ilkin mərhələdə müzakirə etməyə səy göstərirlər. Mövcud reallıqlar isə Moskva və Vaşinqtonu ehtiyatlı davranmağa vadar edir, çünki burada söhbət savaşın dayandırılması ilə yanaşı, nüfuz mübarizəsi və ölkələrin maraqları kontekstində də əhəmiyyətlidir”.

Ekspert qeyd edib ki, ABŞ və Rusiyanın gündəmlərində nüvə silahlarına nəzarət, iqtisadi, eyni zamanda, bir çox başqa məsələlər də var:
“Əsas neft istehsalçıları və sənaye gücləri kimi ABŞ və Rusiya müharibənin qlobal enerji qiymətlərinə, bu xüsusda da hər iki tərəfə təsirlərini də götür-qoy edib, daha uyğun variant axtarışına çıxıblar. D.Tramp Ukraynada döyüşlərə son qoymaq üçün razılıq əldə olunmazsa, Rusiyanı sərt tariflər və sanksiyalarla hədələməyinə baxmayaraq, tərəflərin hazırkı davranışı bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan dialoqa üstünlük verir təəssüratı bağışlayır. Lakin dialoq dalana dirənərsə, D.Tramp V.Putini danışıqlar masasına oturtmaq üçün sanksiyalar kartından istifadəni də təsir vasitəsi kimi gündəmdə saxlayır. Lakin savaşın dayandırılması üçün, ilk növbədə, Ukrayna və Rusiyan maraqlarını təmin etməyə çalışırlar. Rusiyanın əsas şərtləri arasında Ukraynanın NATO ambisiyalarından əl çəkməsi və qoşunlarını Moskvanın özünə təhlükəli hesab etdiyi bütün ərazisindən çıxarması var. Bundan əlavə, Rusiya böyük ərazi güzəştlərinə getməyi düşünmür. Ukrayna da öz növbəsində Rusiyanın işğal etdiyi ərazilərini ona güzəştə getmək istəmir. Belə mürəkkəb vəziyyətdə isə ABŞ tərəfləri kompromisə gətirməyi bacarmalıdır və danışıqlara yanaşmada öz neytrallığını qorumalıdır. Əks halda Cozef Baydenin dövründə olduğu kimi, dialoqun dondurulması və birtərəfli yanaşma Rusiya-Ukrayna müharibəsinin daha da uzanmasına gətirib çıxaracaq”.
Избранный
18
sherg.az

1Источники