RU

"Neftçi" üçün Bakıya gəlir

"Neftçi" Rusiyanın "Baltika" klubundan Aleks Fernandesi heyətinə qata bilər.

Gundem.az xəbər verir ki, bu barədə "Legalbet.ru" məlumat yayıb.

Braziliyalı vinger bu gün Azərbaycana yola düşəcək. Ehtimallara görə, 22 yaşlı futbolçu "Neftçi" ilə müqavilə imzalayacaq.

Bu mövsüm Aleks "Baltika"nın heyətində bütün turnirlərdə 18 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir. Onun "Transfermarkt"dakı dəyəri 800 min avrodur.

Избранный
16
2
gundem.az

3Источники