RU

Şamaxıda yaşadığı evdə avtomat gizlədən şəxs tutulub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş 34 yaşlı Çingiz Qədirov saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, onun yaşadığı ünvandan bir ədəd "Kalaşnikov" avtomat, daraq və patronlar aşkar olunub. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Ç.Qədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Избранный
27
15
oxu.az

10Источники