RU

"Neftçi"yə 800 min avroluq vinger gəlir!

Azərbaycanda qış "transfer pəncərəsi" bu gün bağlanır. Belə görünür ki, "Neftçi" son gündə daha bir önəmli transfer reallaşdırmağa yaxındı. Rusiya çempionatının 1-ci liqasının lideri olan "Baltika" braziliyalı vinger Aleks Fernandeslə vidalaşıb. 22 yaşlı futbolçu elə bu gün Bakıda olacaq.
Bazar dəyəri 800 min avro olan Aleks "Baltika"ya ötən iln fevralında keçib. O, həmin vaxtdan bəri Kalininqrad klubunun heyətində keçirdiyi 36 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.
Bizdə olan bilgiyə görə, ötən cümə "Palms Sports" şirkəti ilə uzunmüddətli sponsorluq müqaviləsi bağlayan "Neftçi"nin rəhbərliyi bununla da transfer bazarında daha rahat hərəkət etmək imkanı qazanıb.
ORXAN

Избранный
36
football-plus.az

1Источники