RU

Okeana qara şeytan TAPILDI

Dəniz fotoqrafı Boquna İspaniyanın Tenerife sahillərində “Melanocetus johnsonii” kimi tanınan “ qara şeytan balığının ” şəklini çəkib.

News24.az bildirir ki, tədqiqatçılar bu görüntülərin qara şeytan balığının gün işığında qeydə alınmış ilk görüntüləri olduğuna inanıblar.

Fotoqraf İnstaqram hesabında balığın fotosunu paylaşaraq bildirib ki, balıq adətən okeanın 200-2000 metr dərinliklərində olur. Balığın dayaz suda tapılmasının səbəbinin müəyyən olmadığını deyən Boquna bunun xəstəlik, cərəyanla sürüklənməsi, yırtıcıdan qaçması və s. ola biləcəyini söyləyib.

Zəhraxanım Şeydayeva

Избранный
31
news24.az

1Источники