RU

"Barselona" "Liverpul"un hücumçusunu almaq istəyir

"Barselona" İngiltərə Premyer Liqasında potensial hücum gücünə diqqət yetirib.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "blauqrana" "Liverpul"un hücumçusu Luis Diazla maraqlanır.

 Kataloniyalılar 28 yaşlı futbolçunu 2024/2025 mövsümünün sonunda heyətinə qatmağa çalışacaq. "Liverpul" da öz növbəsində kolumbiyalını satmaq variantını nəzərdən keçirməyə hazırdır.

Diazın bazar dəyəri 85 milyon avro olaraq qiymətləndirilir. Luis bu mövsüm İngiltərə Premyer Liqasında 22 oyun keçirib. Hücumçu 8 qol vurub və iki məhsuldar ötürmə edib. Onun "qırmızı-qaralar"la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Избранный
29
90deqiqe.az

1Источники