RU

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan olunub - VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına qəbul elan edilib.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə xidmətdən məlumat verilib.

Bildirilib ki, qəbul "Sərhəd təhlükəsizliyi və idarəetmə" ali təhsil ixtisası üzrə aparılacaq.

Namizədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

ərizə;

anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);

tərcümeyi-hal;

özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, həyat yoldaşı, övladları, həyat yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;

attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;

orta ixtisas təhsili (əgər varsa) haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti;

yaşayış yerindən arayış;

doğum haqqında şəhadətnamənin surəti;

valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;

4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).

DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

Hərbi xidmətdə olmayanlar üçün - 2025-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.

Hərbi xidmətdə olanlar üçün - DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

Sənədlər DSX-nin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942A) və ya DSX-nin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.

 

Избранный
28
17
avtosfer.az

10Источники