ABŞ prezidenti Donald Trampın Kanadanın 51-ci ştat olması ilə bağlı açıqlamalarına istinad edən ABŞ-ni milli təhlükəsizlik müşaviri Mayk Uols prezidentin “Kanadaya təcavüz etmək planının olmadığını” bildirib.
Uols "NBC News"-a verdiyi müsahibədə Trampın xarici siyasətləri ilə bağlı açıqlamalar verib.
Bir çox kanadalının “aşağı vergi”li ölkədə yaşamağa üstünlük verəcəyini qeyd edən Uols, Trampın Kanadanı “ilhaq etməyi” düşünüb-düşünmədiyi ilə bağlı suala “Əgər Kanadanı işğal etməkdən danışırsınızsa, məncə, belə planların olduğunu düşünmürəm”,- deyə cavab verib.
Mövsüm