RU

Erməni deputat: “Paşinyan Azərbaycanın siyasətinə qarşı duruş gətirə bilmir” - VİDEO

AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın dərc olunmuş məqaləsini şərh edən müxalif “Ermənistan” blokunun deputatı Artur Xaçatryan jurnalistlərə açıqlamasında belə deyib.

“Bu hakimiyyətin danışıqları vicdanla apardıqlarına və bizim sülhə doğru getdiyimizə dair təminatlarına baxmayaraq, Azərbaycan Ermənistanı müharibə ilə hədələyir. Bu iqtidarlar “biz təslim olacağıq, hücuma keçməyin” dedikcə, Bakı bir o qədər aqressivləşir. 10 noyabr 2020-ci ilin səhəri və bu gün Azərbaycanın tələblərinə baxın. Bütün bunlar ona görədir ki, Paşinyan Azərbaycanın Ermənistanı məhv etməyə yönəlmiş maksimalist, təcavüzkar siyasətinə və ambisiyalarına müqavimət göstərə bilmir və buna qadir deyil”,- erməni deputat bildirib.

Paşinyanın eskalasiya riskini gördüyünü güman etməsi ehtimalı iləb bağlı sualın cavabında təhlükənin özündə faktiki saxtakarlıq olduğunu iddia edib. Çünki Paşinaynın parlamentdə təqdim etdiyi və qəbul etdiyi reqlamentlərdə deyilir: Sülh müqaviləsində başqa bir şey nəzərdə tutulmayıbsa, demarkasiya Alma-Ata Bəyannaməsi əsasında həyata keçirilir. Bu baxımdan, o, nəyin veriləcəyini və Azərbaycanın nə tələb edəcəyini eç kimin bilmədiyinə diqqət çəkib.

Paşinyanın danışıqlar prosesinin dalana dirənməsi ilə bağlı yazdığı bu məqalənin müharibə anonsunu nəzərdə tutub-tutmadığına münasibət bildirən erməni deputatın iddiasına görə, heç bir danışıqlar prosesi yoxdur.

- Danışıqlar prosesi iki bərabər tərəfin xoş niyyət nümayiş etdirərək qarşılıqlı məqbul həllə gəlməyə çalışmasıdır. Amma Azərbaycanın tapşırıqları və bu hakimiyyətin birtərəfli güzəştləri var. Ondan başlayaq ki, əgər 9 noyabr tarixli sənəddə tərəflərin tutduqları mövqelərdə qalması nəzərdə tutulurdusa, niyə qoşunların çıxarılması Azərbaycanın keçmiş Kubatlu rayonundan 60 və ya 40 kilometr aralıda baş verdi? Nəyə əsaslanaraq Şurnux yolunuAzərbaycana güzəştə getdi? paşinyan deyir:Mən sizə hücum etmək fikrində deyiləm” ,- Artur Xaçatryan bildirib.

Onun fikrincə, Ermənistanın Azərbaycana hücuma keçmək üçün avropalı müşahidəçiləri dəvət etməsi barədə iddialar nağıldır. Əgər Azərbaycan Ermənistanın ona hücum edəcəyindən qorxsaydı, özü avropalı müşahidəçilərin gəlməsini istəyərdi.


Sahil İsgəndərov
AzVision.az
Избранный
10
azvision.az

1Источники