RU

"Bu uşaqlar diqqətdən kənarda qalır, tərbiyə ala bilmir" - Deputat məktəblərdə yaşanan hallardan danışdı

Biləsuvarda 11-ci sinif şagirdi Simuzər Heydərova  intihar edib. Onun məktəbdə bullinqə məruz qaldığı üçün canına qəsd etdiyi iddia olunur. Sinif yoldaşları tərəfindən ələ salınan 17 yaşlı qız   yaşadığı evin həyətində özünü asıb. Bundan bir neçə gün öncə isə Ucar rayonunda məktəblinin sinif yoldaşı tərəfindən bıçaqlanması hadisəsi baş vermişdi. 

Sitat.info saytı olaraq intihar xəbərlərini mümkün qədər dərc etməməyə çalışırıq. Lakin bəzi hadisələrvar ki, cəmiyyətdəki ciddi problemlərin nəticəsi olaraq ortaya çıxır və müzakirə edilməsi vacibdir. Məktəbdə bullinq, zorakılıq, fiziki şiddət, hətta soyuq silahla yaralama halları varsa, bunun həlli yollarını araşdırmaq vacibdir. 

 Məsələyə ilə bağlı Sitat.info-ya danışab deputat Ceyhun Məmmədov bildirib ki, bu kimi hallar kütləvi olmasa da cəmiyyətdə narahatlıq yaradır: "Demək olmaz ki, fiziki şiddət, xəsarət halları məktəblərdə, universitetlərdə və digər təhsil ocaqlarında kütləvidir. Lakin, biz zaman-zaman bunların şahidi oluruq. Bu əslində cəmiyyətdə narahatlıq yaradır və bu birmənalı qarşılanmamalıdır. Bu gün biz bunu açıq nümunələrdə görürük və müşahidə edirik. Burada valideynlərin üzərinə böyük iş düşür. Təəssüf ki, bu gün valideynlər övladlarına kifayət qədər vaxt ayıra bilmir və uşaqlar diqqətdən kənarda qalır, tərbiyə ala bilmir". 

Deputatın sözlərinə görə, bu hadisələrin səbəbləri daim araşdırılmalı və müşahidədə saxlanılmalıdır: "Digər məsələ isə, məktəblərlə valideynlər arasında ünsiyyət mövzusudur. Ünsiyyət düzgün formada, sağlam qurulmalıdır ki, bu gün biz bu hallarla qarşılaşmayaq. Bu cür hallar baş verdikdə eyni zamanda məsələnin kökü, hadisənin baş vermə səbəbi də ciddi şəkildə araşdırılmalıdır ki, biz eyni hallarla bir daha qarşılaşmayaq. Çünki, bu cür həssaslıqla yanaşmasaq, gələcəkdə bu halların artmasına şahid olacağıq".

Türkanə Muradlı
Sitat.info

Избранный
18
sitat.info

1Источники