RU

Bakıda sürücünü hədələyib pulunu ələ keçirdilər - VİDEO

Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər saxlanılıb.

Adalet.az DİN-ə istinadən xəbər verir ki, fevralın 7-si gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.

Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “JEEP” markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərin gedişi çərçivəsində hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib. Nəticədə, quldurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Emil Abbaszadə, 24 yaşlı Rauf Salmanzadə, 24 yaşlı Tural Eyvazov və 23 yaşlı Mirsaleh Həsənov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

Избранный
3
35
adalet.az

10Источники