RU

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb

Bakı, 10 fevral, AZƏRTAC

Fevralın 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.

Bu barədə AZƏRTAC-a ARVK-nın mətbuat xidmətindən bildirilib.

Görüşdə ARVK-nın sədri Anar Bağırov çıxış edərək, vəkil köməkçilərinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra sədr vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolu və əhəmiyyətini, inkişaf perspektivlərini, habelə savadlı vəkil köməkçilərinin peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmini ifadə edib.

Vəkillik peşəsinin vacibliyindən, bu sahədə peşəkar yardımın cəmiyyət üçün əhəmiyyətindən danışan Anar Bağırov hazırda Kollegiyada 572 vəkil köməkçisinin və 2500-dən çox vəkilin fəaliyyət göstərdiyini vurğulayıb.

ARVK-nın hər zaman vəkil köməkçilərinin fəaliyyətinə, peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirdiyini deyən sədr, bu istiqamətdə fəaliyyətlərinin təcrübi biliyə yiyələnmələrində faydalı olacağını bildirib. Diqqətə çatdırılıb ki, Kollegiyanın Rəyasət Heyətinin 2024-cü il 14 oktyabr tarixli qərarı ilə vəkil köməkçilərinin vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulan ödənişdə güzəşt olunub.

Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.

Избранный
50
15
azertag.az

10Источники