RU

Mourinyo “Fənərbağça” azarkeşinə “cənnət həzzi” bəxş etdi - Video

“Fənərbağça”nın portuqal baş məşqçsisi Joze Mourinyo “fənərli” azarkeşə xoşbəxt anlar yaşatmaqla gündəmə gəlib.

Arena.az məlumat verir ki, “Mour” “Fənərbağça”nın klub avtobusunun yanı boyunca qaçan azarkeşi görüb, avtobusu saxlatdırıb və azarkeşi avtobusa alıb.

Mourinyonun bu lütfündən karıxaraq özünü itirmiş azarkeş hara düşdüyünü, nələr yaşadığını anlaya bilməyib. “Mour” isə bu azarkeşlə azacıq zarafatlaşıb. O, klub tərəfdarını mahnı oxumağa səsləyib, sonra isə “Fənərbağça”nın polyak hücumameyilli yarımmüdafiəçisi Sebastyan Şimanskini öpməyə göndərib:

“Şimanskini sevirsən? Get, onu öp. Get, get… Get Şimanskinin yanına…”, deyə Mourinyo azarkeşlə zarafatlaşıb, əylənib. Bütün bunlar komanda üzvlərini gülüşləri və zarafatları ilə müaşiəyt edilib. Daha sonra avtobusdakı oyunçularla bircə-bircə görüşmüş azarkeş Mourla şəkillər çəkdirib və xoşbəxtcəsinə ayrılıb.

Избранный
50
arena.az

1Источники