RU

Gülü Rəmişdən qalan evi SATDI

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat Gülü ondan qalan evi satıb.

Milli.Az xəbər verir ki, bu haqda müğənni Niyam Salami "Bir gün" verilişində deyib. O bildirib ki, Gülü İnşaatçılar metrostansiyasının yaxınlığında olan mənzili satıb:

"İndi başqa yerdən ev alıb. Özü satıb, övladı, qohumu yoxdur ki, kimsə satsın".

Niyam Gülünün onun restoranında işdən çıxması məsələsinə də aydınlıq gətirib:

"İcazə alırdı ki, evdə qalım... Dedim ki, işçi deyilsən. Gülü mənimlə işləmir, yanımdadır".

Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov 2021-ci ildə koronavirusdan vəfat edib. /Axşam.az

Milli.Az

Избранный
70
12
milli.az

10Источники