Elektron sənəd formasında veriləcək sertifikatların təqdim olunmasına başlanılır.
Bu barədə AzEdu.az-a ARTİ-nın nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərin elektron sənəd formasındakı sertifikatları portal.edu.az platformasında yerləşən şəxsi kabinetlərinə əlavə edilib.
Qeyd olunan dövrdə uğur qazanan müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq ekranın sol hissəsində yerləşən “Sənədlərim” bölməsinə keçid edərək elektron sertifikatlarını əldə edə bilərlər.
Elektron formada təqdim olunan sertifikatlar əlçatanlığı təmin etməklə yanaşı müəllimlərin əlavə vaxt itkisinin də qarşısını alacaq.
Qeyd edək ki, hazırda 2022 və 2024-cü illərdə təşkil olunan sertifikatlaşdırma prosesindən uğurla keçənlərin sertifikatlarının verilməsi istiqamətində işlər aparılır.